15 may 2026. Cümə

Milan'la Yuventus səfərdə, İnter evdə qələbə qazandı


Milan'la Yuventus səfərdə, İnter evdə qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu günə təsadüf edib.

“Kalyari” – “Fiorentina” və “Sampdoriya” – “Spetsiya” matçlarında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Cenoa”ya məğlub olubsa, “Atalanta” “Benevento”ya qalib gəlib. “Latsio” da “Parma”ya son dəqiqə qolu ilə qalib gəlib.

Çempionluğunu rəsmiləşdirən “İnter”in bu turda doğma meydanda “Roma”nı qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşmada milanlılar inamlı qələbə qazanıb. Ötən tur səfərdə “Yuventus”u məğlubiyyətə uğradan “Milan” bu dəfə də “Torino” səfərinə yollanıb. Qonaqlar bu dəfə də darmadağınla qalib gəliblər. “

Yuventus” isə səfərdə “Sassuolo”nun qonağı olub. Turin təmsilçisi də 3 xalı 3 qolla qazanıb.

İtaliya A Seriyası, 36-cı tur

11 may

Napoli – Udineze 5:1
Qol
: Zelinski, 28. F.Ruis, 31. Lozano, 56. Di Lorenso, 66. İnsinye, 90+1 – Okaka, 41.

12 may

Kalyari – Fiorentina 0:0

Sampdoriya – Spetsiya 2:2
Qol
: Verre, 32. B.Keyta, 80 – Pobeqa, 15; 73.

İnter – Roma 3:1
Qol
: Brozoviç, 11. Vesino, 20. Lukaku, 90 – Mxitaryan, 31.

Latsio – Parma 1:0
Qol: İmmobile, 90+5.

Torino – Milan 0:7
Qol
: T.Hernandes, 19; 62. Kessye, 26-pen. B.Dias, 50. Rebiç, 67; 72; 79.

Sassuolo – Yuventus 1:3
Qol
: Raspadori, 59 – Rabyo, 28. Ronaldo, 45. Dibala, 66.

Bolonya – Cenoa 0:2
Qol
: Zappakosta, 13. Skamakka, 61-pen.

Atalanta – Benevento 2:0
Qol
: Muriel, 22. Paşaliç, 67.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi