30 sentyabr 2026. Çərşənbə

Latsio'nun yeni bombardiri


Latsio'nun yeni bombardiri

“Latsio” İtaliya A Seriyasının 36-cı turunda “Parma”nı məğlub edib – 1:0.

Corner.az xəbər verir ki, paytaxt təmsilçisinə qələbə qazandıran qolu vuran Çiro İmmobile klubun tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı hücumçunun “Parma”ya vurduğu qol İmmobilenin “Latsio”dakı 150-ci qolu olub. İmmobile bununla da, klub tarixinin ən çox qol vuran futbolçusu olub.

“Latsio”da bundan əvvəlki bombardir Silvio Pioli idi. Keçmiş hücumçu 149 qol vurmuşdu.







İtaliya S.A.