6 may 2026. Çərşənbə

Yuventus İnter'ə qalib gəldi


Yuventus İnter'ə qalib gəldi

İtaliya A Seriyasında 37-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Atalanta” səfərdə “Cenoa”nın qonağı olub. Yeddi qolun qeydə alındığı oyundan çətin qələbə qazanan “Atalanta” ÇL-ə vəsiqəni təmin edib. Ötən tur “Milan”a 0:7 hesabıyla məğlub olan “Torino” bu dəfə “Spetsiya”nın qonağı olub və uduzub.

Turun mərkəzi görüşü Turində baş tutub. Çempion “İnter” bu turda doğma meydanda “Yuventus”un müqavimətini qırmağa çalışıb. Beş qolun qeydə alındığı matçda meydan sahibləri qalib gəlib. Paytaxt derbisində isə “Roma” ilə “Latsio” münasibətlərinə aydınlıq gətirib.

Bu görüşdə də “canavarlar” iki cavabsız qolla qələbə qazanıb.

İtaliya A Seriyası, 37-ci tur

15 may

Cenoa – Atalanta 3:4
Qol
: Şomurodov, 48; 84. Pandev, 67-pen – Sapata, 9. Malinovski, 26. Qosens, 44. Paşaliç, 51.

Spetsiya – Torino 4:1
Qol
: Saponara, 19. Nzola, 41-pen; 74. Erliç, 84 – Belotti, 54-pen.

Yuventus – İnter 3:2
Qol
: Ronaldo, 24. Kuadrado, 45+3; 88 – Lukaku, 35-pen. Kyellini, 83-öz qapısına.

Roma – Latsio 2:0
Qol
: Mxitaryan, 42. Pedro, 78.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə