6 may 2026. Çərşənbə

Ronaldo əvəzlənəndə sevindi - Pirlo


Ronaldo əvəzlənəndə sevindi - Pirlo

"Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 37-ci turunda “İnter”i qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 3:2 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“Hər oyunda mübarizə aparmaq üçün qətiyyətli və istəkli olmalıyıq. Kağız üzərində asan görünən oyunlarda gözlənilməz səhvlər etdik. Bunlar olmasaydı, indi hər şey başqa cür olardı. Bu qədər xal itirməməli idik.

Kriştiano Ronaldo yəqin ki, əvəzlənəndə sevindi. Çünki azlıqda sona qədər oynamaq  onun üçün çətin olardı. O, paltardəyişmə otağında gülümsəyirdi, çox xoşbəxt idi”.

Qeyd edək ki, “Yuventus” 75 xalla 4-cü sıradadır.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə