30 sentyabr 2026. Çərşənbə

Ronaldo üçün əlamətdar qol


Ronaldo üçün əlamətdar qol

İtaliya A Seriyasının 37-ci turu çərçivəsində keçirilən “İnter”lə oyun “Yuventus”un hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu bu görüşdə fərqlənməklə karyerası ərzində vurduğu qolların sayını 777-yə çatdırıb.

Turin təmsilçisi isə 3:2 hesabıyla qələbə qazanaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını qoruyub.

Çıxış etdiyi komandalarda “7” nömrəli formanı geyinən Ronaldo, 7-ci qolunu “Sportinq”də, 77-ci qolunu “Mançester Yunayted”də, 777-ci qolunu isə “Yuventus”da vurub.

Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu komandaya Madrid “Real”ından transfer olunub. Portuqaliyalı futbolçunun bu yay “Yuventus”dan ayrılaraq yenidən “Sportinq”ə qayıdacağına dair xəbərlər dolaşır.







İtaliya S.A.