15 avqust 2026. Şənbə

Yuventus'da mənə gülürlər - De Liqt


Yuventus'da mənə gülürlər - De Liqt

"Yuventus"un futbolçusu Matteys de Liqt bahalı paltarlar geyinməyi xoşlamır.

Corner.az xəbər verir ki, bu barədə 21 yaşlı hollandiyalı müdafiəçi, "De Volkskrant"a açıqlamasında deyib. Gənc futbolçu bildirib ki, dizaynerlərin bahalı geyimləri əvəzinə, rahat geyinməyi daha üstün tutur:

"Hər zaman olduğu kimi geyinirəm. Bahalı dizaynerlərin geyimlərinin həvəskarı deyiləm. Mən Matteysəm, məni xüsusi geyimdə görməyəcəksiniz. Futbolçuyam və meydanın ulduzu olmaq istəyirəm. Bəzən geyindiklərimə görə klubdakılar mənə gülür, amma vecimə deyil".







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi