6 may 2026. Çərşənbə

A Seriyanı tərk edən üçüncü klub da bilindi


A Seriyanı tərk edən üçüncü klub da bilindi
 İtaliya A Seriyasında 25-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Corner.az xəbər verir ki, “Latsio” doğma meydanda “Torino”nu qəbul edib. Görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.
 
Bu heç-heçədən sonra “Latsio” 68 xalla 6-cı pillədə qərarlaşıbsa, “Torino” 36 xalla 17-cidir.
 
Beləliklə, bu nəticə ilə “Benevento”nun da A Seriyasını tərk edəcəyi dəqiqləşib. Sözügedən komanda hazırda 32 xalla 18-ci sırada qərarlaşıb. 
 
Xatırladaq ki, daha öncə 20 xalla 20-ci və 22 xalla 19-cu pillələrdə qərarlaşmış “Parma” ilə “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşmişdi.
 
İtaliya A Seriyası
25-ci turun oyunu
18 may
 
Latsio – Torino 0:0






İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə