15 avqust 2026. Şənbə

İtaliya Kubokunun qalibi bəlli oldu


İtaliya Kubokunun qalibi bəlli oldu

İtaliya Kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.

Corner.az xəbər verir ki, həlledici oyunda "Yuventus" və "Atalanta" komandaları üz-üzə gəlib.

Görüş Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb – Deyan Kuluşevski fərqlənib. Lakin 10 dəqiqə sonra Ruslan Malinovski “Atalanta”nın bərabərlik qolunu vurub. Matçın 73-cü dəqiqəsində Federiko Kyeza Kuboku qazandıran qola imza atıb. 

Qeyd edək ki, “Yuventus” 1938, 1942, 1959, 1960, 1965, 1979, 1983, 1990, 1995, 2015, 2016, 2017, 2018-ci illərdə də İtaliya Kubokunun qalibi olub.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi