30 iyun 2026. Çərşənbə axşamı

Tottenhem'in prezidenti Qattuzonu izləyir


Tottenhem'in prezidenti Qattuzonu izləyir

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo yeni mövsümdə İngiltərədə çalışa bilər.

Corner.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Tottenhem”in sükanı arxasına keçə bilər. Bu barədə İtaliyanın “Rai Sport” idman kanalı məlumat yayıb. Məlumatda, “Tottenhem” klubunun prezidenti Daniel Levinin Qattuzonu yaxından izlədiyi və mövsümün sonunda onun komandanın baş məşqçi postuna təyinatını nəzərdən keçirəcəyi bildirilib.

Qattuzonun “Napoli” ilə müqaviləsi mövsümün sonuna qədərdir. 

“Tottenhem”i hazırda müvəqqəti olaraq Rayan Meyson çalışdırır. London təmsilçisi Premyer Liqada 7-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı