Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Çempion “İnter”in son turda doğma meydanda “Udineze”ni qəbul edib. Milanlılar mövsümün son matçında darmadağınla qalib gəlib.
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” səfərdə “Atalanta”nın qonağı olub və inamlı qələbə qazanıb. “Napoli” və “Yuventus” komandaları da ÇL-ə vəsiqə üçün son oyunlarına çıxıblar. Neapol təmsilçisi doğma meydanda qarşılaşdğı “Verona” ilə oyunda heç-heçə edərək böyük şansı əldən verib. Turin klubu isə səfərdə “Bolonya”nı darmadağınla məğlub edərək və ÇL-ə vəsiqə qazanıb.
Bununla da, “İnter”in çempion kimi başa vurduğu bu mövsümün gümüş mükafatçısı “Milan”, bürünc medalçısı isə “Atalanta” olub. “Yuventus” da dördüncü pilləni tutmaqla bu komandalarla birgə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. Beşinci və altıncı pillələri tutan “Napoli” ilə “Latsio” Avropa Liqasında çıxış edəcək. Yeddinci olan “Roma” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
Son üç pilləni tutan “Benevento”, “Krotone” və “Parma” isə elitanı tərk edib.
İtaliya A Seriyası
38-ci tur
22 may
Kalyari – Cenoa 0:1
Qol: Şomurodov, 15.
Krotone – Fiorentina 0:0
Sampdoriya – Parma 3:0
Qol: Kvalyarella, 20. Kolli, 44. Qabbyadini, 64.
23 may
İnter – Udineze 5:1
Qol: Yanq, 8. Eriksen, 44. Martines, 55. Perişiç, 64. Lukaku, 71 – Pereyra, 79.
Atalanta – Milan 0:2
Qol: Kessye, 43-pen; 90+2-pen.
Bolonya – Yuventus 1:4
Qol: Orsolini, 86 – Kyeza, 6. Morata, 29; 47. Rabyo, 45.
Napoli – Verona 1:1
Qol: Rahmani, 60 – Faraoni, 69.
Sassuolo – Latsio 2:0
Qol: Kiriakopulos, 10. Berardi, 78.
Spetsiya – Roma 2:2
Qol: Verde, 6. Pobeqa, 38 – El Şaravi, 52. Mxitaryan, 85.
Torino – Benevento 1:1
Qol: Bremer, 29 – Tello, 72.