30 iyun 2026. Çərşənbə axşamı

Napoli baş məşqçisi ilə vidalaşdı


Napoli baş məşqçisi ilə vidalaşdı

"Napoli" klubu baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.

Corner.az-ın məlumatına görə, bu barədə klub prezidenti Aurelio De Laurentis özünün şəxsi  "Tvitter" səhifəsində yazıb.

Funksioner xidmətlərinə görə 43 yaşlı mütəxəssisə təşəkkürünü bildirib: "Hörmətli Reno, demək olar ki, iki mövsümü sizinlə keçirdiyim üçün xoşbəxtəm. Xidmətlərinizə görə sizə təşəkkür edirəm və hara getməyinizdən asılı olmayaraq, uğurlar arzulayıram. Həyat yoldaşınızı və uşaqlarınızı qucaqlayıram".

Qeyd edək ki, 2019-cu ilin dekabrından "Napoli"yə başçılıq edən Qattuzo bu komanda ilə ölkə kubokunun sahibi olub. Neapol təmsilçisi 2020/2021 mövsümünü 5-ci pillədə başa vurduğu üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı