30 iyun 2026. Çərşənbə axşamı

İnter Konte ilə müqaviləni ləğv edir


İnter Konte ilə müqaviləni ləğv edir

İtaliyanın “İnter” klubunda baş məşqçi Antonio Konte ilə yollar ayrılacaq.

Corner.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Məlumatda, Kontenin klub rəhbərliyinin maaşları 20 faiz azaltmaq istəyi ilə razılaşmadığı və bu səbəbdən “İnter”dən ayrılacağı vurğulanıb.

“İnter”in 48 saat ərzində Konte ilə müqaviləyə xitam verəcəyi gözlənilir. İddiaya görə, Antonio Konte Real'ın baş məşqçi postuna namizədlər siyahısındadır.

2019-cu ildən “İnter”i çalışdıran Kontenin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir. “Neradzurra” A Seriyasında 2020/21 mövsümünün qalibi olub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı