30 sentyabr 2026. Çərşənbə

Villaş - Boaş'ın yeni iş yeri bilindi


Villaş - Boaş'ın yeni iş yeri bilindi

Portuqaliyalı baş məşqçi Andre Villaş-Boaş İtaliyada işləyə bilər.

Corner.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Latsio”nu çalışdıra bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, Villaş- Boaşın bu gün Romaya gələrək, “Latsio” rəsmiləri ilə görüşə başlayacağı vurğulanıb.

“Latsio”da bir neçə gün əvvəl baş məşqçi Simone İnzaqi ilə yollar ayrılmışdı.

Andre Villaş-Boaş son olaraq “Marsel” klubunda baş məşqçilik edib.







İtaliya S.A.