9 avqust 2026. Bazar günü

Roma'da yeni müqavilə


Roma'da yeni müqavilə
İtaliyanın “Roma” klubu yarımmüdafiəçisi Henrix Mxitaryanla müqavilənin müddətini uzadıb.

Corner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı erməni futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki anlaşmanın müddəti bu ayın sonunda başa çatacaqdı.
 
Mxitaryan “Roma”ya 2019/20 mövsümündə “Arsenal”dan icarə əsasında keçmişdi. Geridə qalan mövsümün əvvəlində isə o, Londin klubu ilə müqaviləsinə xitam verərək, “canavarlar”la bir illik müqavilə imzalamışdı.
 






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"