- İtaliya S.A.
- 23:28 23.11.2024
Fransalı yarımmüdafiəçi Frank Riberi daha bir il “Fiorentina”da qalmaq istəyir.
Corner.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində məlumat yayıb. Məlumatda, Riberinin “Fiorentina” ilə müqaviləsinin 2022-ci ilin yayına qədər uzadılması ilə bağlı danışıq apardığını bildirib.
Florensiya təmsilçisinin rəhbərliyi 38 yaşlı futbolçunun yeni sözləşmə üçün məvacibinin azaldılmasına razı olmasını istəyir. Belə ki, rəhbərlik illik 4 milyon avro qazanan Riberinin məvacibini 2 milyon avroya endirmək niyyətindədir.
Qeyd edək ki, Riberi 2019-cu ildən “Fiorentina”da çıxış edir.