29 yanvar 2026. Cümə axşamı

Yuventus'dan Morata ilə yeni müqavilə


Yuventus'dan Morata ilə yeni müqavilə

İtaliyanın “Yuventus” klubu müqavilə ilə “Atletiko Madrid”ə məxsus olan hücumçu Alvaro Morata ilə bağlı yekun qərarını açıqlayıb.

Corner.az xəbər verir ki, Turin klubu 28 yaşlı hücumçunu daha bir mövsüm saxlamağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər icarə müqaviləsinin müddətini bir il uzadıblar.

Qeyd edək ki, ispan futbolçu ötən ilin sentyabrından “Yuventus”da oynayır. O, geridə qalan mövsümdə A Seriyasında meydana çıxdığı 32 matçda 11 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”