30 iyun 2026. Çərşənbə axşamı

Buffon 20 il sonra Parma'da - VİDEO


Buffon 20 il sonra Parma'da - VİDEO

 "Yuventus" klubundan ayrılan qapıçı Canluici Buffonun yeni klubu müəyyənləşib.

Corner.az-ın məlumatına görə, 43 yaşlı qolkiperin "Parma"ya keçidi rəsmiləşib.

Klub italiyalı qapıçı ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə "Parma"da reallaşdırıb. O, 2001-ci ildə "Yuventus"a transfer olub. Buffon, 2018/2019 mövsümünü PSJ-də keçirmiş daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

Əlavə edək ki, Seriya A'da mübarizəni dayandıran Parma yeni mövsümdən Seriya B-də çıxış edəcək.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı