5 may 2026. Çərşənbə axşamı

Yuventus'un fəxri prezidenti vəfat etdi


Yuventus'un fəxri prezidenti vəfat etdi

 "Yuventus" klubunun sabiq futbolçusu Campyero Boniperti dünyasını dəyişib.

Corner.az-ın məlumatına görə, o, 92 yaşında ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Campyero Boniperti karyerası ərzində (1946 - 1961) Turin təmsilçisində çıxış edib. O, "Yuventus"da keçirdiyi 459 oyunda 179 qol vurub. Boniperti klub tarixində Alessandro Del Pyerodan (290) sonra ən çox qol vuran ikinci oyunçudur.

5 qat İtaliya çempionu millidə 38 görüşdə 8 dəfə fərlənib. Boniperti 1971 - 1990-cı illərdə "Yuventus"un prezidenti olub. 2006-cı ildən isə o, Turin təmsilçisinin fəxri prezidenti idi.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə
“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi