30 sentyabr 2026. Çərşənbə

Yuventus Ronaldonun klubdakı taleyinə aydınlıq gətirdi


Yuventus Ronaldonun klubdakı taleyinə aydınlıq gətirdi

"Yuventus"un idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı açıqlama verib.

Corner.az-ın məlumatına görə, funksioner mətbuat konfransında 36 yaşlı hücumçunun Turin təmsilçisindən getməsi ilə bağlı hansısa siqnalın olmadığını bildirib.

Klub rəsmisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.

O, Ronaldonun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb.

Qeyd edək ki, Kriştiano Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadəkdir







İtaliya S.A.