18 mart 2026. Çərşənbə

FİFA İtaliya klubunu ağır cəzalandırdı


FİFA İtaliya klubunu ağır cəzalandırdı

FIFA-nın İntizam Komissiyası "Spetsiya" klubuna ağır cəza verib.

Corner.az xəbər verir ki, A Seriya təmsilçisinə transfer qadağası qoyulub. Spetsiya şəhərinin eyniadlı təmsilçisi qarşıdakı 4 transfer pəncərəsi dövründə heyətinə yeni futbolçu qata bilməyəcək.

Bundan başqa, klub 500 000 avro məbləğində cərimə olunub.

FIFA "Spetsiya"nı 18 yaşadək futbolçuların beynəlxalq transfer və qeydiyyat qaydalarını pozduğu üçün cəzalandırıb.

Qeyd edək ki, komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə