7 may 2026. Cümə axşamı

Buffon daha 4-5 il oynamaq istəyir


Buffon daha 4-5 il oynamaq istəyir

20 il sonra futbolçu karyerasını başladığı “Parma”ya geri dönən Canluici Buffon maraqlı açıqlama verib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı qolkiper, daha 4-5 il də futbol oynaya biləcəyini bildirib:

“Parma” ilə ilk oyunuma çıxdığımdan bəri 21 il keçib. Bu, təxminən 9 min gün deməkdir. Bir qapıçı, bir idmançı kimi özəl insan olduğumu sübut etmək arzum davam edir. Buna görə də, oynamağa davam etməyi düşünürəm.

Qarşıdakı 4-5 ildə də daha yaxşı işlər görəcəyimə inanıram. Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Həm də, çoxlu təcrübə qazanmışam”.

Xatırladaq ki, italiyalı qapıçı karyerası ərzində “Yuventus” və PSJ kimi klublarda çıxış edib.







İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə