- İtaliya S.A.
- 23:28 23.11.2024
İnter'in futbolçusu Mauro İcardi klubdan ayrılacağı iddialarına cavab verib.
Corner.az-ın məlumatına görə, bu barədə 26 yaşlı hücumçu şəxsi "İnstagram" hesabından paylaşım edərək komandaya sadiq olduğuna işarə vurub: "Həqiqi sevgi çətin anlarda ortaya çıxır. Mən də çətin anlarda İnter'də qalmağa qərar verdim. Vurduğum qollarla komandanın daha güclü olmasına kömək oldum. Maliyyə "Fair-pley" problemlərində, yaşadığımız çətinliklərdə, bir çox insanın bizi dəyərli komanda olmadığımızla günahlandırdığı vaxtlarda və s. hər şeyə rəğmən İnter'in yanında oldum. Bu rənglərə olan sevgimə görə çox az peşəkar futbolçunun rədd edə biləcəyi təklifləri geri çevirdim. Bütün bu fədakarlıqları bu rənglərə olan sevgimə və insanlara olan hörmətimə görə eləmişəm. Hazırda bu hisslərin rəhbərlik tərəfindən qarşılıqlı olub-olmadığını bilmirəm. Ailə daxilində yaxşı və ya pis hadisələr ola bilər. Amma aradakı hörmət itməməlidir. Bunlar mənim İnter'də olanda və hər zaman qoruduğum, ömür boyu uğrunda mübarizə apardığım dəyərlərdir".
Qeyd edək ki, İnter klubu yeni müqavilə məsələsində razılığa gələ bilmədiyi argentinalı oyunçudan kapitanlıq sarğısını alıb və heyətdən kənarlaşdırıb.