30 sentyabr 2026. Çərşənbə

İtaliyanın tanınmış klubu D Seriyasında


İtaliyanın tanınmış klubu D Seriyasında

İtaliyanın "Kyevo" klubu peşəkar statusunu itirəcək.

Corner.az "Sky Sport"a istinadən xəbər verir ki, komanda bu səbəbdən B Seriyasından ayrılacaq.

İtaliya Milli Olimpiya Komitəsi klubun çempionatda iştirakına dair müraciətini rədd edib. Bu, "Kyevo"nun vergi orqanlarına borcları ilə əlaqədardır.

İtaliya Futbol Federasiyasının lisenziyalaşdırma komissiyası komandanın B Seriyasından kənarlaşdırıldığını təsdiqləyib.

Onların D Seriyasında iştirak məqsədi ilə lazımi sənədləri təqdim etdikləri bildirilib.(report)







İtaliya S.A.