- İtaliya S.A.
- 15:41 21.11.2024
İtaliya A Seriyasının son turunda səfərdə Napoli'yə 2:1 hesabı ilə qalib gələn Juventus'un baş məşqçisi Massimiliano Allegri açıqlama verib.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı təcrübəli mütəxəssis, çempionatda Napoli'dən 16 xal irəlidə olmalarını dəyərləndirib: “16 xallıq fərq böyük üstünlükdür, amma çempion olana qədər hər şey mümkündür”.
İtaliyalı mütəxəssis, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Atletico ilə keçirəcəkləri cavab matçı haqqında da danışıb: “Atletico'ya qarşı səbrli oynamalıyıq. Ola bilər ki, oyunun 70-ci dəqiqəsinə qədər qol vura bilməyək. Bu, mübarizəni dayandırdığımız mənasına gəlməz. Rahat olmalı və öz oyunumuzu oynamalıyıq”.
“Qoca sinyora”dan ayrılacağı deyilən baş məşqçi, bu haqda, Juventus'da olduğum üçün çox xoşbəxtəm. Mövsümün sonunda rəhbərliklə görüşəcəyik” deyib.