Belçika millisinin sabiq yarımmüdafiəçisi Radja Nainqqolan “İnter”dən ayrılıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, 33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi vurğulanıb.
Qeyd edək ki, Radja Nainqqolan 2018-ci ildən “İnter”in uğurları üçün çalışırdı. Təcrübəli yarımmüdafiəçi 2019/20 və 2020/21 mövsümlərində “Kalyari”də icarədə oynayıb. Onun karyerasını bundan sonra da məhz sözügedən klubda davam etdirməsi gözlənilir.