4 may 2026. Bazar ertəsi

İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırdı


İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırdı

İtaliyanın "Kyevo" klubu fəaliyyətini dayandırıb.

Corner.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, əvvəllər A Seriyasında çıxış etmiş sözügedən komanda D Seriyasında iştirak üçün ərizə verə bilməyib. Sənəd qəbulu üçün son müddət avqustun 24-dək idi.

"Kyevo" ötən mövsümün yekununda maliyyə pozuntuları ilə əlaqədar B Seriyasından kənarlaşdırılıb. Klub bu mövsüm D Seriyasında çıxış etmək istəsə də, maliyyə təminatı olmadığı üçün müvafiq sənədləri təqdim edə bilməyib.

Qeyd edək ki, 1929-cu ildə təsis olunmuş "Kyevo" 2001-ci ildə ilk dəfə İtaliya A Seriyasına yüksəlib. Debüt mövsümündə 5-ci yeri tutmuş "sarı-göylər" bundan 4 mövsüm sonra tarixinin ən yüksək nəticəsi olan 4-cü yeri tutaraq, 2006/2007 mövsümündə Çempionlar Liqasında debüt edib.







İtaliya S.A.

“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi
“Napoli” səfərdə xal itirdi
  • İtaliya S.A.
  • 23:40 02.05.2026
“Napoli” səfərdə xal itirdi