8 avqust 2026. Şənbə

İnter üçün ən yaxşısını etmək istəyirəm - Çalhanoğlu


İnter üçün ən yaxşısını etmək istəyirəm - Çalhanoğlu

“İnter”in futbolçusu Hakan Çalhanoğlu İtaliya A Seriyasının ilk turu çərçivəsində “Cenoa”ya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 27 yaşlı türk yarımmüdafiəçi, 4:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“İnter” azarkeşlərinin bizdən çox şey gözlədiyini bilirəm. 45 gündür çalışırıq və yaxşı başladıq, güclü idik. Bütün azarkeşlərimizə təşəkkür edirəm. Mənim yanımda olduqlarını hiss etdirdilər.

“İnter” üçün ən yaxşısını etmək istəyirəm. Çox yaxşı hazırlaşmışıq. Baş məşqçimiz Simone İnzaqinin məndən çox şey gözlədiyini bilirəm. O, bu komanda üçün ən yaxşısını edəcək. Təcrübəli futbolçularıq və belə kollektivlə oynamaq rahatdır”.







İtaliya S.A.

"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında