24 oktyabr 2024. Cümə axşamı

Ronaldo Yuventus azarkeşləri ilə vidalaşdı


Ronaldo Yuventus azarkeşləri ilə vidalaşdı

 "Mançester Yunayted" klubuna transfer olunan portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Yuventus"un azarkeşləri ilə vidalaşıb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı forvard bununla bağlı özünün sosial şəbəkə hesabında yazıb.

"Bu gün İtaliyanın ən böyük və ən möhtəşəm klubunu tərk edirəm. "Yuventus"la çıxdığım hər oyunda bütün gücümü ortaya qoymuşam və Turinə aşıq olmuşam. Azarkeşlər hər zaman mənə hörmət ediblər. Mən də meydanda apardığım mübarizə ilə onlara təşəkkür etməyə çalışmışam. Geriyə baxanda böyük uğurlar qazandığımızı demək olar. Bəlkə də bunlar istədiklərimizin hamısı deyil, amma birlikdə gözəl tarix yazmışıq. Əbədi olaraq, sizlərdən biri kimi qalacağam. Siz mənim tariximin bir parçası oldunuz. İtaliya, "Yuventus", Turin, fanatlar, hər zaman qəlbimdə qalacaqsınız", - Ronaldo yazıb.

Qeyd edək ki, Kriştiano Ronaldo "Yuventus"a 2018-ci ildə "Real Madrid"dən keçib.







İtaliya S.A.

"Yuventus" Perin ilə müqaviləni uzadıb
  • İtaliya S.A.
  • 17:09 23.10.2024
"Yuventus" Perin ilə müqaviləni uzadıb
"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"