15 avqust 2026. Şənbə

Yuventus yenə uduzdu


Yuventus yenə uduzdu
İtaliya A Seriyasında 3-cü turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Turun açılış matçında “Empoli” doğma meydanda “Venetsiya”nı qəbul edib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb.
 
Turun mərkəzi görüşü Neapolda baş tutub. İki tur qələbə qazana bilməyən “Yuventus” səfərdə “Napoli”nin qonağı olub. Turin təmsilçisi hesabı açdığı bu oyunda da məğlubiyyətlə üzləşib.
 
“Atalanta” isə doğma meydanda “Fiorentina”ya məğlub olub.
 
İtaliya A Seriyası
3-cü tur
11 sentyabr
 
Empoli – Venetsiya 1:2
Qol: Bayrami, 89-pen – Henri, 13. Okereke, 68.
 
Napoli – Yuventus 2:1
Qol: Politano, 57. Kulibali, 85 – Morata, 10.
 
Atalanta – Fiorentina 1:2
Qol: Sapata, 65-pen – Vlahoviç, 33-pen; 49-pen.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi