30 iyun 2026. Çərşənbə axşamı

Özümü dünyanın ən yaxşısı hesab edirəm - İbrahimoviç


Özümü dünyanın ən yaxşısı hesab edirəm - İbrahimoviç
"Milan”ın hücumçusu Zlatan İbrahimoviç özünü Lionel Messi (PSJ) və Kristiano Ronaldo (“Mançester Yunayted”) ilə müqayisə edib.

Corner.az xəbər verir ki, 39 yaşlı isveçli hücumçu, özünü dünyanın ən yaxşı oyunçusu hesab etdiyini bildirib:
 
“Oyun keyfiyyətlərindən danışırıqsa, mən onlardan elə də pis deyiləm. Kubokları götürsək, bəli, mən Çempionlar Liqasını qazanmamışam.
 
Amma ən yaxşısını necə təyin etdiyinizi bilmirəm. Mən bu mövzuda sabit deyiləm. Komanda yaxşı oynayanda fərdi oyunçu önə çıxır. Komanda olmasa, bir oyunçu heç vaxt yaxşı ola bilməz.
 
“Qızıl top”u itirdimmi? Xeyr, “qızıl top” məni itirdi!
 
Özümü dünyanın ən yaxşısı hesab edirəm. Amma futbolçuları bir-biriylə müqayisə etməyi də düzgün hesab etmirəm. Hər kəs müxtəlif vaxtlarda fərqli futbolçularla oynadı. Müqayisə etmək çətindir. Düşünürəm ki, hər kəsin öz hekayəsi var və biz bununla barışmalıyıq”.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı