İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.
Lider “Roma” səfərdə “Verona”nın qonağı olub. Paytaxt təmsilçisi beş qolluq bu görüşdə məğlubiyyətlə üzləşib.
Turun mərkəzi görüşü Turində keçirilib. Mövsümə uğursuz başlayan “Yuventus” bu turda doğma meydanda “Milan”ı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
İtaliya A Seriyası
4-cü tur
17 sentyabr
Sassuolo – Torino 0:1
Qol: Pyaça, 83.
18 sentyabr
Cenoa – Fiorentina 1:2
Qol: Krişito, 90+8-pen – Saponara, 60. Bonaventura, 89.
İnter – Bolonya 6:1
Qol: L.Martines, 6. Şkrinyar, 30. Barelya, 34. Vesino, 54. Dzeko, 63; 68. Teat, 86.
Salernitana – Atalanta 0:1
Qol: Sapata, 75.
19 sentyabr
Empoli – Sampdoriya 0:3
Qol: Kaputo, 31; 52. Kandreva, 70.
Venetsiya – Spetsiya 1:2
Qol: Çekkaroni, 59 – Bastoni, 13. Burabiya, 90+4.
Verona – Roma 3:2
Qol: Barak, 49. Kaprari, 54. Faraoni, 63 – Pelleqrini, 36. İliç, 58-öz qapısına.
Latsio – Kalyari 2:2
Qol: İmmobile, 45. Kataldi, 83 – J.Pedro, 46. Balde, 62.
Yuventus – Milan 1:1
Qol: Morata, 4 – Rebiç, 76.