29 yanvar 2026. Cümə axşamı

Milan'la oyundan sonra Yuventus'da gərginlik


Milan'la oyundan sonra Yuventus'da gərginlik

“Yuventus”un futbolçuları Voyçex Şesnı ilə Adrien Rabiot arasında xoşagəlməz hadisə yaşanıb.

Corner.az xəbər verir ki, hər iki oyunçu A Seriyasının 4-cü turu çərçivəsində “Milan”a qarşı keçirilən oyundan (1:1) sonra mübahisə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qapıçı Şesnı “Milan”lı Ante Rebiçin vurduğu qolda Rabiotun səhvinin olduğunu deyib, onu günahkar çıxarıb. Fransalı yarımmüdafiəçi isə səhvin qapıçıda olduğunu bildirib. Futbolçular paltardəyişmə otağında bir-birinə yüksək səslə cavab veriblər. Tərəflər sakitləşdirilsə də, onlar arasında gərginlik hələ davam edir.

“Yuventus” bu mövsüm A Seriyasında ilk 4 turdan sonra qələbə qazana bilməyib.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”