İtaliya A Seriyasında 7-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Sampdoriya” – “Udineze” matçında qalib müəyyənləşməyib. “Bolonya” “Latsio”nu, “Verona” isə “Spetsiya”nı darmadağınla məğlub edib.
“Roma” evdə “Empoli”ni sınağa çəkib və inamlı qələbə qazanıb. Məğlubiyyətsiz lider olan “Napoli” bu dəfə “Fiorentina”nın müqavimətini qırmağa çalışıb və ardıcıl 7-ci qələbəsini rəsmiləşdirib.
Turun mərkəzi görüşü Berqamoda keçirilib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Milan” “səfərdə Atalanta”nın qonağı olub. Beş qolun qeydə alındığı bu görüşdə qonaqlar çətin qələbə qazanıb.
İtaliya A Seriyası
7-ci tur
1 oktyabr
Kalyari – Venetsiya 1:1
Qol: Balde, 19 – Busio, 90+2.
2 oktyabr
Salernitana – Cenoa 1:0
Qol: Dyuriç, 66.
Torino – Yuventus 0:1
Qol: Lokatelli, 86.
Sassuolo – İnter 1:2
Qol: Berardi, 22-pen – Dzeko, 58. L.Martines, 78-pen.
3 oktyabr
Bolonya – Latsio 3:0
Qol: Barrou, 14. Teate, 17. Hiki, 68.
Sampdoriya – Udineze 3:3
Qol: Larsen, 24-öz qapısına. Kvalyarella, 48-pen. Kandreva, 69 – R.Pereyra, 15. Beto, 43. Forestyeri, 82.
Verona – Spetsiya 4:0
Qol: Simeone, 4. Faraoni, 15. Kaprari, 42. Bessa, 71.
Roma – Empoli 2:0
Qol: Pelleqrini, 42. Mxitaryan, 48.
Fiorentina – Napoli 1:2
Qol: Martines, 28 – Lozano, 39. Rahmani, 50.
Atalanta – Milan 2:3
Qol: Sapata, 86-pen. Paşaliç, 90+3 – Kalabriya, 1. Tonali, 43. Leao, 78.