- İtaliya S.A.
- 23:28 23.11.2024
İtaliya Futbol Federasiyası "Napoli"nin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi təhqirlərə görə intizam işi açıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tezliklə bununla bağlı araşadırmalar aparılacağı bildirilir.
Seneqallı müdafiəçi Neapol təmsilçisinin A Seriyasının VII turunda səfərdə "Fiorentina"ya 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra irqçiliyə məruz qalıb. "Fiorentina" fanatları 30 yaşlı oyunçu ilə yanaşı, onun komanda yoldaşları Andre Zambo-Angissa və Viktor Osimheni də təhqir ediblər. Kulibali azarkeşlərlə münaqişəyə girməyə çalışsa da, "Napoli" rəsmiləri onun tribunalara yaxınlaşmasının qarşısını ala biliblər.
Futbolçu şəxsi tvitter səhifəsində onu söyən fanatların tapılmasını və stadiona girişlərinə qadağa qoyulmasını tələb edib.