30 iyun 2026. Çərşənbə axşamı

İnter'dən rekord, Dzekodan Ronaldo sonrası ilk


İnter'dən rekord, Dzekodan Ronaldo sonrası ilk
 İtaliya A Seriyasının 7-ci turu çərçivəsində keçirilmiş “Sassuolo” ilə oyun son ölkə çempionu “İnter” və hücumçusu Edin Dzeko üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, Milan təmsilçisi səfər oyunundan 2:1 hesablı qələbə ilə ayrılıb.
 
“İnter”in qollarından birini Edin Dzeko vurub. Bu, bosniyalı hücumçunun cari mövsümdəki 6-cı qolu olub. Bununla da o, 1997/98 mövsümündə ilk 7 turda 6 qol vurmuş Ronaldonun rekordunu təkrarlayıb.
 
“İnter” isə A Seriyasında ardıcıl 12 oyunda azı 2 qol vurmağa nail olub. Bununla da milanlılar 1943-cü ildəki rekordunu təzələyib. Həmin vaxt bu komanda ardıcıl 11 matçda 2 və daha çox qol vurmağı bacarmışdı. “İnter” həm də ilk hissəsini məğlub başa vurduğu ardıcıl üç oyundan xalla ayrılmağa nail olub və ilki gerçəkləşdirib.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı