- İtaliya S.A.
- 23:28 23.11.2024
İtaliyanın “İnter” klubu Argentina yığmasının düşərgəsində olan futbolçuları – Lautaro Martines və Xoakin Korreanın qısa vaxtda İtaliyaya qayıtması üçün çarter reysi təşkil edib.
Corner.az xəbər verir ki, “neradzurra” bu reys üçün 100 min avro ödəyib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Məlumatda, hər iki oyunçunun oktyabrın 15-də İtaliyaya gələcəyi vurğulanıb.
“İnter” Martines və Korreanı A Seriyasının 8-ci turunun “Latsio” ilə matçına çatdırmaq istəyir.
“Latsio” – “İnter” oyunu oktyabrın 16-də keçiriləcək.