23 aprel 2025. Çərşənbə

“Napoli”dən Ospina açıqlaması


“Napoli”dən Ospina açıqlaması

“Napoli”də İtaliya A Seriyasının 28-ci turu çərçivəsində “Udinese” ilə keçirilən matçda huşunu itirən David Ospinanın durumuna aydınlıq gəlib.

Corner.az xəbər verir ki, kolumbiyalı qapıçının sağlıq vəziyyətində ciddi probleminin olmadığı bildirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda, Ospinaya bir neçə gün istirahət verildiyi və Kolumbiya millisinə çağırılmasına baxmayaraq, yığmada çıxış etməyəcəyi bildirilib.







İtaliya S.A.