- İtaliya S.A.
- 22:39 23.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“İnter” klubunun icraçı direktoru Beppe Marotta, komandadakı taleyi sual altında olan Mauro İcardinin durumu haqqında açıqlama verib.
Corner.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Marotta, İcardini cəzalandırmayacaqlarını bildirib: “Ümid edirəm ki, vəziyyət tez bir zamanda müsbət yöndə həll olunacaq. Biz bir ailəyik və valideyinlər də uşaqları haqda qərar qəbul etməlidir, onları cəzalandırmalı deyil. Bizim verəcəyimiz qərarlar, uşaqların gələcəyini dəyişdirir.İcardi ilə mümkün qədər tez bir zamanda problemlərin öhdəsindən gəlməliyik. O, “İnter”ə çox şey qazandırıb və hələ də qazandıra bilər. İndi zədəsinin olduğunu deyir. Tam sağaldıqdan sonra komandaya qoşulacağına ümid edirəm”.
Qeyd edək ki, argentinalı hücumçunun bir müddət əvvəl müqaviləsini yeniləmək istəmədiyi üçün kapitanlığı əlindən alınıb və əsas heyətdən kənarlaşdırılmışdı.