5 avqust 2026. Çərşənbə

İbrahimoviç A Seriyasında tarixə düşdü


İbrahimoviç A Seriyasında tarixə düşdü

"Milan" klubunun fubolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında yeni uğura imza atıb.

Corner.az "Opta" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu buna 9-cu turda səfərdə "Bolonya"nı 4:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

İsveçli futbolçu  90-cı dəqiqədə fərqlənməklə "rossonerilər"in 4-cü qolunu vurub. İbrahimoviç turnir tarixində 40 yaşdan sonra qol vuran 4-cü oyunçu adına yiyələnib.

Daha əvvəl bunu Silvio Piola, Pyetro Verhovod və Alessandro Kostakurta bacarıb.

Qeyd edək ki, "Milan" 9 matçdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir qarşılaşma az keçirən "Napoli" 24 xalla ikinci sıradadır.







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında