İtaliya A Seriyasında 11-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.
“Cenoa” - “Venetsiya” matçında hesab açılmayıb. “Sassuolo” evdə “Empoli”yə məğlub olub. “Fiorentina” isə “Spetsiya”ya darmadağınla qalib gəlib.
Son çempion “İnter” doğma meydanda “Udineze”ni qəbul edib və inamlı qələbə qazanıb. Lider “Napoli” səfərdə “Salernitana”nın qonağı olub və minimal hesabla məğlub edib.
Turun mərkəzi görüşü paytaxt Romada baş tutub. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan” səfərdə “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıb.
İtaliya A Seriyası
11-ci tur
30 oktyabr
Atalanta – Latsio 2:2
Qol: Sapata, 45+1. De Roon, 90+4 – Pedro, 18. İmmobile, 74.
Verona – Yuventus 2:1
Qol: Simeone, 11; 14 – Makkenni, 80.
Torino – Sampdoriya 3:0
Qol: Praet, 17. Sinqo, 52. Belotti, 90+3.
31 oktyabr
İnter – Udineze 2:0
Qol: Korrea, 60; 68.
Cenoa – Venetsiya 0:0
Sassuolo – Empoli 1:2
Qol: Tonelli, 43-öz qapısına – Pinamonti, 83-pen. Zurkovski, 90+2.
Fiorentina – Spetsiya 3:0
Qol: Vlahoviç, 44-pen; 62; 74.
Salernitana – Napoli 0:1
Qol: Zelinski, 61.
Roma – Milan 1:2
Qol: El Şaaravi, 90+3 – İbrahimoviç, 26; Kessye, 57-pen.