- İtaliya S.A.
- 23:28 23.11.2024
İtaliyanın "Verona" klubunun baş məşqçisi İqor Tudorda koronavirus aşkarlanıb.
Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssisin COVID-19 testinin nəticəsi müsbət çıxıb. Evində təcrid olunan 43 yaşlı mütəxəssisin özünü yaxşı hiss etdiyi bildirilir. Klub mövcud sanitar protokollara uyğun bütün prosedurları aparıb.
Qeyd edək ki, İqor Tudor "Verona"ya sentyabrda baş məşqçi təyin olunub.Hazırda "Verona" A seriyasında 12 oyundan 16 xalla 10-cu yerdə gedir.Tudor 2016 - 2017-ci illərdə Türkiyənin "Karabükspor" və "Qalatasaray" komandalarına rəhbərlik edib.