30 iyun 2026. Çərşənbə axşamı

Mourinyo'nun yerində olmaq istəmərəm - De Rossi


Mourinyo'nun yerində olmaq istəmərəm - De Rossi

"Roma”nın keçmiş futbolçusu Daniele De Rossi komandanın baş məşqçisi Joze Mourinyo haqqında fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, İtaliya mətbuatına danışan 38 yaşlı keçmiş futbolçu, portuqaliyalı çalışdırıcının tarixin ən yaxşı məşqçilərindən olduğunu deyib:

“Mourinyo futbol tarixinin ən yaxşılarından biridir. Onun performansını aşağı salacaq şeylər olmasa, “Roma” mövsümün sonunda yuxarı pillələrdə olacaq. O, tarixin ən yaxşı beş-altı məşqçisindən biridir. Onu çox sıxmamaq lazımdır.

“Roma” hər zaman qəlbimdə olacaq bəzən komandanı  kənardan izləmək daha yaxşıdır. Mourinyonun yerində olmaq istəmərəm. Komandanın çətin zamanlarda belə, düşdüyü vəziyyətdən tez çıxa biləcəyini düşünürəm”.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı