30 iyun 2026. Çərşənbə axşamı

Berluskoninin həkimi klub prezidenti oldu


Berluskoninin həkimi klub prezidenti oldu

İtaliyanın keçmiş baş naziri və “Milan” klubunun sabiq rəhbəri Silvio Berluskoninin həkimi Alberto Zanqrillo klub prezidenti olub.

Corner.az xəbər verir ki, Alberto “Cenoa”nın 46-cı prezidenti seçilib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. 84 yaşlı funksioner hazırda İtaliya B Seriyası təmsilçisi “Montsa”nın sahibidir.

Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı