23 aprel 2025. Çərşənbə

“Milan” və “İnter”dən yeni stadionla bağlı qərar


“Milan” və “İnter”dən yeni stadionla bağlı qərar

Ev matçalarını eyni stadionda keçirən əzəli rəqiblər – “Milan” və “İnter” klubları yeni bir layihəyə hazırlaşırlar.

Corner.az “Gazetta dello Sport”a istinadən xəbər verir ki, hər iki klub yeni stadion üçün birlikdə işləməklə bağlı qərar qəbul edib. Məsələylə bağlı açıqlama verən “İnter” rəsmisi Alessandro Antonello, yeni stadiona ehtiyac olduğunu bildirib: “İnter” və “Milan” stadion üçün birlikdə çalışır. Tezliklə ortaq qərarlarımızı açıqlayacağıq. Milanın artıq yeni bir stadiona ehtiyacı var. Avropanın ən yaxşı şəhərlərindən biri daha yaxşı stadiona layiqdir”.

Qeyd edək ki, komandalar 1947-ci ildən etibarən “Cüzeppe Meatsa” stadionundan ortaq şəkildə istifadə edirlər.







İtaliya S.A.