29 yanvar 2026. Cümə axşamı

İnter Napoli'ni məğlub etdi


İnter Napoli'ni məğlub etdi
İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub. 
 
Dörd qolun qeydə alındığı “Sassuolo” – “Kalyari” matçında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Venetsiya”ya, “Salernitana” isə “Sampdoriya”ya məğlub olub.
 
Turun mərkəzi görüşü Milan şəhərində baş tutub. Lider “Napoli” səfərdə “İnter”in qonağı olub. Beş qolun qeydə alındığı matç qonaqlar çətin qələbə qazanıb. Bununla da, “Napoli”nin məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.
 
Joze Mourinyolu “Roma” isə bu turda səfərdə “Cenoa”nın qonağı olub. Paytaxt təmsilçisi bu oyunda qalib gəlib.
 
İtaliya A Seriyası
13-cü tur
20 noyabr
 
Atalanta – Spetsiya 5:2
Qol: Paşaliç, 18; 41. Sapata, 38-pen. Muriel, 83. Malinovski, 89 – Nzola, 11; 90+1.
 
Latsio – Yuventus 0:2
Qol: Bonuççi, 23-pen; 83-pen.
 
Fiorentina – Milan 4:3
Qol: Dunkan, 15. Saponara, 45+1. Vlahoviç, 60; 86 – İbrahimoviç, 62; 67. Venuti, 90+6-öz qapısına.
 
21 noyabr
 
Sassuolo – Kalyari 2:2
Qol: Skamakka, 37. Berardi, 52-pen – Balde, 40. J.Pedro, 56-pen.
 
Bolonya – Venetsiya 0:1
Qol: Okereke, 61.
 
Salernitana – Sampdoriya 0:2
Qol: Di Takkio, 40-öz qapısına. Kandreva, 43.
 
İnter – Napoli 3:2
Qol: H.Çalhanoğlu, 25-pen. Perişiç, 44. Martines, 61 – Zelinski, 17. Mertens, 79.
 
Cenoa – Roma 0:2
Qol: Afena, 82; 90+4.






İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”