15 avqust 2026. Şənbə

Mourinyo ona 800 avroluq buts alacaq


Mourinyo ona 800 avroluq buts alacaq

“Roma” İtaliya A Seriyasının 13-cü turunda səfərdə “Cenoa”ya qalib gəlib – 2:0.

Corner.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Joze Mourinyo sözügedən oyunda dubl edən Feliks Afena-Qyana 800 avroluq buts alacağına söz verib. Bu barədə portuqaliyalı mütəxəssis İtaliya mətbuatına açıqlamasında bildirib:

“Feliksə “Cenoa” ilə oyunda qol vurarsa, ona bahalı olan – 800 avroluq buts alacağıma söz vermişdim. Qoldan sonra yanıma gəldi və sözümü unutmamağımı bildirdi. Sabah ilk işim ona söz verdiyim butsu almaq olacaq”.

18 yaşlı Feliks “Roma”nın əsas komandasıyla 3 oyuna çıxıb.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi