4 avqust 2026. Çərşənbə axşamı

Napoli hücumçusunu 3 aylıq itirdi


Napoli hücumçusunu 3 aylıq itirdi

İtaliyanın “Napoli” komandasının hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Corner.a, xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyat edilən 23 yaşlı futbolçunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir. Lakin nigeriyalı hücumçunun daha bir neçə gün həkim nəzarətində qalacağı vurğulanıb.

Osimhenin təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, Osimhen A Seriyasının 13-cü turu çərçivəsində “İnter”ə 2:3 hesabı ilə uduzduqları oyunda rəqib komandanın müdafiəçisi Milan Skriniarla toqquşma nəticəsində sıradan çıxıb. 

Osimhen cari mövsümdə meydana çıxdığı 14 matçda 9 qola imza atıb və “Napoli”nin ən sərrast futbolçusudur







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında