- İtaliya S.A.
- 23:28 23.11.2024
İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli və vitse-prezident Pavel Nedved istintaqa cəlb olunub.
Corner.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hər iki şəxs 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir.
Anyelli və Nedveddən başqa Turin təmsilçisinin keçmiş idman direktoru Fabio Paratiçi və Kommersiya departementinin 3 əməkdaşı da istintaq altındadır. İstintaqın son üç mövsümün maliyyə hesabatlarına aid olduğu bildirilir.
Məsələ ilə bağlı klubun Turin və Milandakı ofislərində axtarışlar aparılır.