10 may 2026. Bazar günü

Yuventus klubu rəhbərliyin istintaqa cəlb olunduğu təsdiqlədi


Yuventus klubu rəhbərliyin istintaqa cəlb olunduğu təsdiqlədi

İtaliyanın “Yuventus” klubu prezident Andrea Anyelli, vitse-prezident Pavel Nedved və keçmiş idman direktoru Fabio Paratiçinin istintaqa cəlb olunması ilə bağlı bəyanat yayıb.

Corner.ax xəbər verir ki, Turin klubu sözügedən şəxslərlə bağlı yerli prokurorluğun araşdırmalara başladığını təsdiqləyib.

Bəyanatda, 2019, 2020 və 2021-ci illər üçün transfer gəlirləri, maliyyə hesabatları, mövcud olmayan əməliyyatlar üzrə mümkün pozuntular araşdırıldığı bildirilib.

“Yuventus” rəhbərliyi 50 milyon avro məbləğində “çirkli pullar”ın yuyulmasında ittiham olunur. Maliyyə polisi istintaqa lazım olan sənədləri toplamaq ücün klubun Milandakı və Turindəki ofislərində axtarış aparıb.







İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”