Maliyyə pozuntularına yol verməkdə ittiham olunan "Yuventus" klubu ciddi sanksiyalarla üzləşə bilər.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisinin bu iddiaları təsdiqlənərsə, komandanın 2019/2020 mövsümündə qazandığı çempionluğu əlindən alınacaq. "Yuventus" klubunun ofislərində polis istintaqa lazım olan sənədləri toplamaq üçün axtarış aparıb. "Yuventus" rəhbərliyi 60 milyon avro məbləğində çirkli pulun yuyulmasında ittiham olunur.
Problem aşkarlanan transferler siyahısında Joao Cancelo, Artur, Danilo ve Miralem Pyaniç də var.
Bundan başqa, "qoca sinyora"nın B Seriyasına göndərilmək təhlükəsi də var.
Xatırladaq ki, "Yuventus" daha əvvəl də belə bir halla üzləşmiş və B Seriyasına göndərilmiş, 2005 ve 2006-da qazandıqları çempionluqları da əllərindən alınmışdı.